Narlı tart resepti

Narlı tart resepti
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi:

Xəmiri Üçün;


1 su stəkanı pudra şəkəri

1 ədəd yumurta sarısı

3 yemək qaşığı marqarin və ya kərə yağı

Aldığı qədər un



Kremi üçün;

2 su stəkanı süd

2 yemək qaşığı un və ya nişasta

1 qəhvə fincanı  şəkər

1 paket vanil

1 yemək qaşığı marqarin



Üstü Üçün;

Nar dənələri

1 yemək qaşığı pudra şəkəri

3 yemək qaşığı su

1 yemək qaşığı nişasta



Hazırlanması:

Un, pudra şəkəri, marqarin və yumurtayı ələ yapışmayacaq şəkildə
bir xəmir yoğuraq.  soyuducuda 25 dq saxlayaq. Bu arada kremi edək. Süd,
un və şəkəri bir qazana götürüb  çırparaq qaynayana qədər bişirək.
Ocağı bağlayıb içinə 1 qaşıq marqarini və vanil əlavə edərək soyumağa
buraxaq. Üstü üçün şəkəri, suyu və nişastayı bir tavaya alıb qarışdıraq.
Qatılaşınca nar dənələrini əlavə edib ocağı bağlayaq. Tart xəmirini 
çıxarıb oxleylə yumru şəkildə açaq. Tart xəmirini  yağlı kağız sərilmiş
və ya yağlanıp unlanmış qəlibə yerləşdirək. 175 dərəcə sobada 25 - 30 dq
bişirək. Bişirdikdən sonra hazırladığımız kremi  içinə tökək. Nar
dənələrini də üzərinə töktükdən sonra süfrəyə verə  bilərsiniz.

 

Nuş
olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!