Çokoprens resepti - FOTO RESEPT

Çokoprens resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi:

25 qram marqarin (otaq istiliyində)

1/2 (yarım) su stəkanı pudra şəkəri

1 yemək qaşığı duru yağ

1  qaşıq vanil

Aldığı qədər un (təxminən 2, 5 stəkan)



Arasına vurmaq üçün:

nutella



Hazırlanması:

Marqarini küp küp doğrayın və pudra şəkəri ilə yoğurun. duru yağı, vanil
əlavə edin. Unu az-az əlavə edərək yoğurun. Yumşaq ancaq ələ
yapışmayacaq bir xəmir əldə edin və 10 dq  gözləyin. Xəmirdən parçalar
qoparıb 1 sm qalınlığında açın və tırtıqlı yumru qəliblə kəsin  . Yoxsa
geniş ağızlı bir stəkan da olur. Yağlı kağız sərilmiş listə bir az aralı
düzün. Çöp şişlə dəliklər açın. 160 dərəcə əvvəldən isidilmiş sobada 15
dq bişirin. Sobadan sobaya fərqlilik ola biləcəyi üçün 10 dq sonra
nəzarət etməkdə fayda var :) Sobadan çıxan peçenyelər yarım saat
soyuduqdan sonra aralarına nutella sürtərək çokoprenslərinizi hazırlaya
bilərsiniz.

Qeyd: Nutella olmazsa, şokolad və onun yarı
ölçüsündə kərə yağı birlikdə əridib istifadə edə bilərsiniz :)




 Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!