Polyakların ballı tortu resepti

Polyakların ballı tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 26
Tərkibi:

Xəmir:


100 q kərə yağı

120 q şəkər tozu

3 yumurta

250 q bal 

1 ç.q. soda 

350 q un



Krem:

500 ml 33%-35%-li qaymaq 

750 q 30% - 40%-li xama

120 q şəkər pudrası

1 x.q. vanil cövhəri (yaxud konyak)

2 paket (hərəsi 8 q) qaymaq qatılaşdırıcısı



Hazırlanması:

Undan
başqa xəmir üçün olan bütün ərzağı qazançaya töküb su hamamında daim
qarışdıraraq qızdırın. Hamısı əriyəndən sonra 5 dəqiqə də qarışdıraraq
bişirin, ocaqdan götürün.

Qarışdıraraq,
tədricən un əlavə edin. Xəmir duru alınacaq. Bu sizi qorxutmasın.
Qazanın ağzına qapaq qoyun, soyuducuda 8-12 saat saxlayın. Bu müddətdən
sonra xəmir qatılaşacaq. Xəmiri soyuducuda 1 gecə də saxlaya
bilərsiniz.

Xəmiri 8 bərabər yerə bölün. 2-3 kündəni saxlayıb, qalanını yenidən soyuducuya qoyun ki, çıxardıqlarınız bişincə yumşalmasın.

Kündəni
birbaşa perqamentin üzərində yayın, çünki xəmir yumşaq olduğundan
masada yayıb formaya qoymaq çətin olacaq. 3 parça perqament lazım olacaq
- ikisinin arasında xəmiri yaymaq, onlardan birinin üzərində bişirmək,
üçüncünün üzərində soyutmaq üçün.

Ancaq
öncədən perqamentin üzərinə mütləq un səpin. Yayanda gərək olduqca yenə
səpin. Xəmir yapışqan və yumşaq olduğundan əllərinizi və oxlovu da
unlayın.

Xəmiri
yaydıqdan sonra 25 sm diametrində dairə kəsin, artıqlarını əsas
dairədən bir qədər aralı çəkin, xəmiri elə perqamentin üzərində formaya
qoyun. Korju (xəmir artıqlarıyla birlikdə) 180 dərəcə qızdırılmış sobada
5 dəqiqə bişirin.

Birinci korj bişənədək o biri kündəni birincini hazırladığınız qaydada yayın. 

Bu minvalla bütün korjları bişirib soyudun.

Bişmiş xəmir artıqlarını xırdalayın, amma toz halına salmayın, tortun üstünə səpiləcək.

Krem:
Mikserlə soyuq qaymağı 1 dəqiqə çalın, tədricən 2 paket qatılaşdırıcını
əlavə edin. Hissə-hissə şəkər pudrasını əlavə edin, vanil cövhəri
(yaxud konyak) əlavə edib qaymaq qatılaşınca çalın.

Xamanı çəngəllə yüngülcə çalın (çox canfəşanlıq etməyin, xama çox durular). Çalınmış qaymağa əlavə edib qaşıqla qarışdırın.

Korjları arasına krem çəkməklə üst-üstə yığın. Kənarlarına və üstünə də krem çəkin, ovuntu səpin.

Soyuducuda 8-12 saat saxlayın.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!