Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 87
Tərkibi:

Xəmir üçün:


2 kq un

1 ç.q. şəkər tozu

1 l süd

4 yumurtanın sarısı

70-100 q xama

400 q kərə yağı

2 ç.q. maya (1 kq-a 1 ç.q.)

2 paçka vanil

1 çimdik duz



İç üçün:

1 kq təmizlənib qozçəkəndən keçirilmiş badam (qoz, fındıq)

1 kq şəkər tozu

vanil

hil



Hazırlanması:

Öncə
badamı təmizləmək lazımdır. Qaynar suya badamları hissə-hissə töküb
ocağın üstə qoyun, 3-4 dəqiqəyə qabığı asanlıqla çıxacaq, kəfkirlə
çıxarıb təmizləyin. Sonra təmiz dəsmalın üstünə yığın, suyu çəkilsin.
Yaxşı olar ki, badam (qoz, fındıq) bir neçə gün əvvəl təmizlənib
qurudulsun. Sobada da qurutmaq olar.













Badamı qozçəkən maşından keçirib şəkər tozu, vanil, hil vurun, qarışdırın.

[/center]



Xəmir:
unu ələyin, vanil və duz əlavə edin. Təxminən 1-1,5 st. südü xəmiri
ətləmək üçün saxlayın. Qalanını azca isidin, içinə maya və şəkər tozu
əlavə edin.



Unu
təpələyib ortasında çala açın, 4 yumurtanın sarısını içinə qırın, azca
əridilmiş yağı, xamanı, südlə mayanın qarışığını da əlavə edib yoğurmağa
başlayın. Şəkərbura xəmiri azca bərk olmalıdır, uzun müddət yoğurmaq
lazım gələcək. Arada əlinizi ayırdığınız südə batırıb xəmiri ətləyin.

[center]




Xəmiri yarım saat saxlayın.



3-3,5
sm diametrli kündələr tutun (25-30 ədəd), sellofan torbaya yanaşı
yığın. Kündələməyi bitirdikdən sonra bunları yayıb üst-üstə, yenə də
sellofan torbanın içinə yığın. Xəmir artıq qalıbsa, soyuducuya qoyun.

[/center]



Hər
şəkərbura üçün bir x.q. iç kifayət edər. Şəkərburaların qırağını büküb
üstünü naxışlayandan sonra soyuq siniyə düzün. Üzərini nazik təmiz iynə
ilə bir neçə yerdən deşə bilərsiniz, o zaman şəkərburaların kənarları
açılmır.

[center]











160-180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Diqqət edin ki, üstü qızarmasın. Həm də çiy qalmasın.











Nuş olsun!










 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!