Şorqoğal resepti - FOTO RESEPT

Şorqoğal resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 12
Tərkibi (16 -18 ədəd üçün):

Xəmir üçün:


1 paket (2 1/4 ç.q.) toz maya

1 stəkan ilıq su

6 stəkan un + xəmir yoğurmaq üçün də əlavə

2 çay qaşığı duz

1 stəkan süd - otaq hərarətində

1 yumurta

200 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı



İç üçün:

2 x.q. cirə

2 x.q. razyana

0,5 ç.q. sarıkök

1 ç.q. duz

bir çay qaşığının 1/4-i qədər istiot

2 stəkan un

115 qram əridilmiş (ərinmiş deyil) və soyudulmuş kərə yağı



Yağlamaq üçün:

500 q əridilmiş yağ



Üstü üçün:

2 yumurta sarısı

1 x.q. xaş-xaş



Hazırlanması:

Əvvəlcə
xəmir hazırlanır. Balaca bir kasada mayanı ilıq suda həll edib təxminən
10 dəqiqə köpüklənməsi üçün gözləyin.Unu iri qaba ələyin, üzərinə duz
əlavə edib qarışdırın. Ortasında bir çökək açıb maya qarışığı, süd,
yumurta və yağı əlavə edin. Əlinizlə bunları qarışdırın. Xəmiri unlanmış
taxta (və ya masada) yumşaq və elastik olana kimi, 10 dəqiqə yoğurun.
Xəmir çox bərk olmamalıdır. Əgər xəmir hələ də əlinizə yapışırsa, onda
bir az da un əlavə edib yoğurun. Xəmiri iri qaba qoyub üzərini dəsmal
ilə örtüb gəlməsi üçün isti yerə qoyun, təxminən bir saat yarımlıq.

[/center]



Bu
müddətdə içi hazırlayın. Cirə və razyana toxumunu 2 dəq. ətri çıxana
qədər qovurun (qovurmaq onların ətrini və dadını artıracaq, amma bu o
qədər də vacib deyil - onları olduğu kimi də istifadə edə bilərsiz).

[center]




Ədvaları
həvəngdə döyün. Bir qabda yağdan başqa iç üçün nəzərdə tutulan bütün
ərzaqları qarışdırın. Əridilmiş yağı buraya əlavə edib əlinizlə narın
umac olana kimi ovxalayın. İç hazırdır. Onu bir kənara qoyun.

[/center]



Gələn xəmiri yağlamaq üçün yağı hazırlayın - yağı əridin,duz əlavə edib kənara qoyun.



2 iri soba sinisini hazırlayıb kənara qoyun.



Xəmiri kündələyib 9 bərabər hissəyə ayırın. Hər hissəni kündələyin.



Bir az un səpilmiş taxtada bir kündəni 50 sm-lik dairə alınanadək yayın.



Yaydıqca arada un səpin ki, xəmir oxlova yapışmasın,yaymaq rahat olsun. Sonra yuxanı oxlov vasitəsilə kənara qoyun.



4
x.q. yağı yuxanın üstünə çiləyib əlinizlə yayın. Qalan kündələri də bu
cür yayıb, üst-üstə yığın. Sonuncudan başqa, hamısını yağlayın (hər
sonrakı kündəni daha kiçik açıb ondan əvvəlkinin üstünə yerləşdirib,
kənarlarından çəkə bilərsiniz ki, altdakı yuxanın üstünə tam otursun).
İndi isə ehtiyatla, lay-lay xəmirin kənarlardan tutub diametri 60 sm
olana kimi dartın.



İti
bıçaqla, xəmirdən 5 sm enində zolaqlar kəsin, sonra isə zolaqları 30 sm
uzunluğunda düzbucaqlı şəridlərə kəsin. Dairənin qısa tərəflərini
kəsməyin. Düzbucağın qısa tərəfindən başlayaraq onu rulet şəklində
bükməyə başlayın, daha sonra isə içini aşağıda izah edilən iki üsuldan
birini istifadə edərək doldurun.

[center]




1-ci üsul: ruletin
bir ucunu büzüb bağlayın, digər ucu açıq qalsın. Barmağınızla ruletin
açıq qalan tərəfini oyun. İçi boş konus alınmalıdır.



2-ci üsul (bu üsul xəmiri daha da qat-qat edir): Ruleti
əlinizdə hər iki tərəfindən tutaraq 3 dəfə burun (paltar sıxan kimi).
Sonra əlinizlə basıb yastılayın. Yastıladığınız kökənin içində oyuq açın
(göbələyin papağına oxşar).



Oyuğun
içinə bir x.q. yarım içdən doldurun. Kökənin uclarını bir yerə gətirib
bağlayın. Kökəni əlinizlə diametri 10 sm olanadək yastıladın.

[center][/center]



Qoğalları bir-birindən aralı vəziyyətdə sinilərə düzün.



Əvvəlcədən sobanı 180 dərəcəyədək qızdırın.



Qoğalların
mərkəzində barmağınızla dayaz boşluq açıb oraya bir çimdik iç qoyun.
Qoğalların üstünə yumurtanın sarısını çəkin və xaşxaş səpin. 40 dəqiqə
ərzində və yaxud üstləri qızaranadək bişirin (20 dəqiqə bişdikdən sonra
sinilərin yerlərini dəyişin). Qoğal soyuduqdan sonra süfrəyə verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!