Şaftalı peçenyesi resepti

Şaftalı peçenyesi resepti
Şirniyyat və Tortlar
10.09.2017 18
Tərkibi (20 ədəd):

Xəmir:


125 q marqarin

2 x.q. qatıq

0,5 st. şəkər tozu

1 yumurta

0,5 paket qabartma tozu

0,5 paket vanil

aldığı qədər un



40 ədəd yarım qoz qabığı (20 qozun qabığını ikiyə ayırın)



Krem:

250 q süd

1 yumurta

1 st. + 1 barmaq enində un

0,5 st. şəkər tozu

0,5 ç.q. vanil

4,5 x.q. marqarin



Üzərinə:

qırmızı və sarı qida boyası

şəkər tozu



Hazırlanması:

Krem:
Vanil və marqarindən başqa, digər ərzaqları mikserdə çalın. Ocağın
üstünə qoyun, qarışdıraraq sıyıq halına gələnədək bişirin. Ocaqdan
götürün, vanil əlavə edin. İlıq olanda 4,5 x.q. marqarini əlavə edib 10
dəqiqə çalın.



Xəmir: Marqarin, qatıq, şəkər tozu, yumurta, qabartma tozu, vanil və aldığı
qədər unu yoğurun. Üzərini yaş dəsmalla örtüb 10 dəqiqə saxlayın.



Xəmirdən
qoz boyda kündələr tutub bunları qoz qabıqlarının üstünə çəkin.
Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.



Bişmiş peçenyelərin içindən qoz qabıqlarını çıxarın. Peçenyelərin içinə krem doldurub cüt-cüt yapışdırın.



Qida boyalarını çox az suyla qarışdırın. Peçenyeləri boyayın, şəkər tozuna batırın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!