Fanki ponçikləri resepti - FOTO RESEPT

Fanki ponçikləri resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 3
Tərkibi (8-10 pay):

250 ml süd

50 q yaş maya

3 x.q. şəkər tozu

500 q un

1 çimdik duz

1 x.q. vanilli şəkər tozu

5 yumurta

4 x.q. kərə yağı

2 x.q. spirt 

mürəbbə

 

Hazırlanması:

İlıq süddə xırdalanmış mayanı, 1 x.q. un və 1 x.q.
şəkər tozunu qarışdırın.  Sonra bu qarışığın olduğu qabı başqa, içi
qaynar su ilə dolu qaba qoyun (su içinə axmasın). Barata qalxanadək
başqa  işləri görmək olar. 



1 bütöv yumurta və 4 yumurtanın sarısını 2 x.q. şəkər tozu ilə mikserlə möhkəm köpüklənincə çalın. 



Unu ləyənə ələyin, duzla vanilli şəkər qatın. Baratanı
əlavə edib qarışdırın. Sonra çaldığınız yumurtaları əlavə edib yenə
qarışdırın. Yağı əridib soyudun, spirtlə qarışdırıb əlavə edin,
əlinizdən qopanadək xəmiri yoğurun.  Əgər xəmirin çox bərk olduğunu hiss
etsəniz, o zaman 2-4 x.q. isti süd əlavə edin. 



Xəmiri kündələyib ləyənə qoyun, üzərinə dəsmal çəkib şişməsi üçün isti yerə qoyun. 



Şişəndən sonra masanın üstündə ətləyin, 0,5 sm qalınlıqda oxlovla yayın. Dairlərə kəsib, yanaşı düzün. 10 dəqiqə saxlayın. 



Enli tavada bitki yağını qızdırın (yağı tavaya iki
barmaq qalınlıqda tökün). Ocağı azaldın. Bir neçə fankini qoyub əvvəl
bir, sonra digər üzünü qızardın. Ocağı artırmaq lazım deyil. Vam odda
fankilərin içi yaxşı bişir. Bişmiş fankiləri kağız salfetin üstünə düzüb
yağını çəkməsini gözləyin.  



Konditer şprisinə mürəbbə doldurub fankilərin içinə azca yeridin. Üzərinə isə şəkər pudrası səpin. 




 

 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!