Bananlı-ananaslı tort resepti - FOTO RESEPT

Bananlı-ananaslı tort resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 34
Tərkibi: 

270 q un

1 x.q. qabartma tozu

150 q şəkər tozu

1 paket vanilli şəkər tozu

1 çimdik darçın

60 q qoz

2 banan

160 q ananas konservi

60 ananas şirəsi (konservin siropu)

2 yumurta

160 ml bitki yağı

1 çimdik duz

 

krem:

300 q yağlı qaymaq

şəkər pudrası (zövqə görə)

1 çimdik darçın

 

bəzək:

150 q araxis

200 q şəkər tozu



(32 x 22 sm ölçüdə düzbucaqlı forma üçün)

 

Hazırlanması:

Ələnmiş unu qabartma tozu, darçın, duz, şəkər tozu və
vanilli şəkər ilə qarışdırın.  Qozu, ananas və bananı bıçaqla xırda
doğrayın. 



Yumurtaları bitki yağı ilə şişənədək, mikserlə təxminən 7-10 dəqiqə çalın. 



Bunu un qarışığına qatın, qozla meyvələri əlavə edin,
ananas şirəsini də qatıb qaşıqla eynicinsli kütlə alınanadək qarışdırın.
Əgər xəmir çox qatı alınarsa, bir qədər də ananas şirəsi əlavə edin. 



Formaya perqament döşəyin. Xəmiri töküb hamarlayın.
180 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Bişməyə 10 dəqiqə
qalmış yanmaması üçün üzərinə folqa çəkə bilərsiniz. 



Korju formada bir qədər soyutduqdan sonra çıxarıb şəbəkənin üzərinə qoyun. Tam soyuyandan sonra iki korja bölün. 

Krem üçün  qaymağı şəkər pudrası və darçınla çalın.
Şəkər pudrasını zövqə görə qata bilərsiniz. Amma unutmayın ki, bəzək
üçün araxis karamellə olacaq. Yəni çox şirin alına bilər. 



Korjların arasına krem çəkib üst-üstə qoyun, tortun kənarlarına və üstünə də krem çəkin. 



Araxisləri quru tavada yüngül qovurun (çox qovurmayın,
şəkər karamel olunca yana bilər). Şəkər tozu tökün, ocağı azaldın,
şəkər tozu əriyib karamelə dönənədək bişirin.



Aradabir qarışdırın. Perqamentin üzərinə yayıb soyudun. Sonra tortun üzərini bəzəyin. 




 

 

 

 

 

 

 

  Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!