Milan peçenyesi resepti - FOTO RESEPT

Milan peçenyesi resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi (6 pay): 

170 q yumşaq kərə yağı

315 q şəkər pudrası

6 yumurtanın ağı

2 ç.q. vanil cövhəri

2 x.q. limon şirəsi

185 q un

 

krem:

1 st.  yağlı qaymaq

150 q şokolad

 

Hazırlanması

Yumşaq kərə yağı ilə şəkər pudrasını çalın. 



Yumurta ağları, vanil cövhəri və limon şirəsini əlavə edib bir neçə dəqiqə çalın. 



Unu əlavə edib daha 1 dəqiqə çalın. 



Xəmiri konditer torbasına qoyun, perqament döşənmiş siniyə aralı-aralı 3 sm uzunluqda şəridlər salın.  



180 dərəcə qızdırılmış sobada 10 dəqiqə, qızılı rəng alanadək bişirin.



Sobadan çıxarıb soyudun. 



Krem: qaymağı vam odda qızdırın, şokolad əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın. 



Bir qədər soyudun.  



Bir peçenyenin üzərinə krem çəkib, digərini üstünə
qoyun. Bu qayda ilə hamısını hazırlayın. Krem donduqdan sonra süfrəyə
verə bilərsiniz.




 

 

 

 

 

 

 

 

 Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!