Kəhraba piroq resepti - FOTO RESEPT

Kəhraba piroq resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 32
Tərkibi: 

375 q un

100 q şəkər pudrası

1 balaca yumurta

1 dolu ç.q. qabartma tozu

100 q otaq temperaturunda kərə yağı

1 x.q. limonçello (yaxud alma şirəsi + azacıq alkoqolla əvəzləyə bilərsiniz)

 

iç: 

1 kq alma

750 ml alma şirəsi

şəkər tozu (zövqə görə)

2 qutu 37 qramlıq vanil pudinqi 

 

üzərinə:

400 ml qatıq

1 x.q. jelatin

şəkər pudrası

(kənarı açılan 26 sm dm-li forma üçün)

 

Hazırlanması: 

Unu qabartma tozu və şəkər pudrası ilə birlikdə
ələyin. Yumurta, limonçello (limon likörü), yağ əlavə edib əlüstü yumşaq
xəmir yoğurun. Lazım gələrsə, unun qədərini artıra bilərsiniz.



Xəmiri yayıb formanın içinə döşəyin, kənarlarını qaldırın. 



Almaları təmizləyib iri sürtgəcdən keçirin, yaxud kubik doğrayın. Üzərinə azca limon şirəsi gəzdirin ki, qaralmasın. 



Pudinqi qablaşdırmanın üzərində yazılan qaydada
hazırlayın. Amma bu zaman 750 ml alma şirəsindən istifadə edin. Ocaqda
çox saxlamayın, çünki pudinq çox tez qatılaşır. Qaynar pudinqi almaya
əlavə edib qarışdırın və dərhal da formadakı xəmirin üzərinə tökün. 



Sobanı 170 dərəcə qızdırın. 1 saat bişirin. Bu müddətdən sonra sobanı söndürüb qapağını 1 saat müddətinə açmayın. 



Sonra formadan çıxarmadan 4 saat soyuducuda saxlayın (bir gecə də olar). 



Qatığı şəkər pudrası ilə çalın. Jelatini üzərində
göstərilən qaydada suda saxlayın, sonra əriyənədək vam odda qızdırın
(qaynatmaq olmaz). Şirin qatığa qarışdıraraq əlavə edin. 



Piroqun üzərinə çəkin. Üzərini kakao və qaymaqla da bəzəyə bilərsiniz.




 

 

 

 

 

 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!