Karamelizə edilmiş şokoladlı portağal dilimləri resepti - FOTO RESEPT

Karamelizə edilmiş şokoladlı portağal dilimləri resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 7
Tərkibi:

600 qr şəkər

250 qr
qara şokolad

300 ml su


 

Hazırlanması:

Portağalları
5mm qalınlığında dairələrə doğrayın. Nazik doğrayanda dağılır, qalın doğradıqda
isə acı olur. Tavaya suyu əlavə edib qaynadın. Qaynayan suya doğranmış
portağalları əlavə edib 3-4 dəqiqə saxlayın. Sonra su töküb portağalları qurudun
(beləcə acısı çıxmış olur).

300 qr
suya şəkər əlavə edib tam əriyənə qədər qızdırın,  suyu qurumuş portağalları siropa yerləşdirib
təxminən 1 saat qaynadın . Portağalları çıxarıb suyunu süzdükdən sonra soba
nimçəsinə düzüb  100-120 C dərəcəyə qədər
qızdırılmış sobada 15-20 dəqiqə quruması üçün saxlayın. Soyuduqdan sonra artıq
karamelizə edilmiş portağallar hazırdır deməkdir.  Onları şirniyyatlarda istifadə edə bilərsiniz,
ya da sadəcə çayla içə bilərsiniz.

Zövqə görə,
şokoladı su vannasında benmari üsulu ilə əridin. Portağal diliminin yarısını ərimiş
şokolada batırın və quruması üçün qənnadı kağızının üzərinə düzün. Amma əsla
soyuducuya qoymayın.




 

 

 

 

 


Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!