Oreo peçenyesi resepti

Oreo peçenyesi resepti
Şirniyyat və Tortlar
10.09.2017 14
Tərkibi (30-40 ədəd):

Xəmir üçün:


180 q un

50 q kakao (maksimal dərəcədə tünd)

1 ç.q. soda

1/4 ç.q. qabartma tozu

200 q şəkər pudrası

1 yumurta

140 q kərə yağı



Krem üçün:

80 q kərə yağı

150 q şəkər pudrası

100 ml yağlı qaymaq

vanil



Hazırlanması:

Un
və kakaonu birlikdə ələyin, soda və qabartma tozu ilə qarışdırın. Otaq
temperaturunda olan yağı əvvəl tək, sonra şəkər pudrasını tədricən əlavə
edərək çalın. Rəngi ağarıb həcmi artmalıdır. Yumurta əlavə edib çalın,
kakaolu unu qatın. Xəmir ələ çox yapışan olmamalıdır. Xəmiri 3-4 yerə
bölüb soyuducuda 20 dəqiqə saxlayın.



Sobanı
180 dərəcə qızdırın. Kündələri bir-bir soyuducudan çıxararaq yayın,
dairələr kəsib perqament döşənmiş siniyə düzün, sobada 10 dəqiqə
bişirin.



Krem:
yağı ağarınca çalın. Sonra şəkər pudrası əlavə edib çalın (yaxşı olar
ki, stasionar mikserlə çalasınız, siz qaymağı qızdıranadək mikser
çalmağı dayandırmasın). Qaymağı 40 dərəcəyədək qızdırın, nazik axınla
yağla şəkər pudrasına əlavə edin. Təxminən 8 dəqiqəyə eynicinsli krem
alınacaq (şəkər pudrasını qaymaqda əridib də çalınmış yağla qarışdırmaq
olar, belə daha asan olur). Sonda vanil əldə edin.



Peçenyeləri aralarına krem çəkməklə birləşdirin. Sonra peçenyeləri soyuducuda bir qədər saxlayın.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!