Rahat-hulqumlu qurabiyə resepti

Rahat-hulqumlu qurabiyə resepti
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi (40 ədəd):

20 ədəd qızılgül dadlı rahat-hulqum

2,5 su st. un

2 su st. buğda nişastası

1 paket vanil

1 paket qabartma tozu

250 q marqarin

2 yumurta

6 x.q. şəkər tozu



Üzəri üçün:

şəkər pudrası



Hazırlanması:

Rahat-hulqumları ortadan bölün.



Bir
ləyəndə un, nişasta, vanil, qabartma tozunu qarışdırın. Ortasında çala
açın, otaq temperaturunda yumşaldılmış marqarin, yumurta və şəkər tozunu
əlavə edin, yaxşıca qarışdırın. Xəmir ələ yapışırsa, bir qədər də un
əlavə edin.



Üzərinə nəm dəsmal çəkib 20-25 dəqiqə saxlayın.



Gəlmiş
xəmirdən kündə tutun. Un səpilmiş masada 0,5 sm qalınlıqda yayın.
Tərəfi 3 sm olan kvadratlar kəsin. Hər kvadratın ortasına böldüyünüz
rahat-lukumdan qoyun, xəmirin qarşı tərəflərini birləşdirib barmağınızla
ortasından basın.



Bütün
qurabiyələr hazır olduqdan sonra perqament döşənmiş siniyə aralarında
məsafə olmaqla düzün. 170 dərəcə qızdırılmış sobada üzəri azca
qızaranadək bişirin.



Soyuyandan sonra üzərinə şəkər pudrası səpin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!