İki rəngli peçenye resepti

İki rəngli peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 9
Tərkibi:

250 qram kərə yağı

3 su stəkanı un

1 su stəkanı pudra şəkəri

1 paket vanil

3 xörək qaşığı qatıq

2 xörək qaşığı kakao

1 xörək qaşığı süd



Hazırlanması:

Kərə
yağını əridib, ilıqlaşmağa qoyun. Dərin bir qaba un, pudra şəkəri və
vanili ələyin. İçinə qatıq və ilıqlaşmış kərə yağını qatıb yoğurun.
Xəmiri ikiyə ayırıb yarısını streç salafana bükün. Qalan xəmirə kakao
və südü qatıb yoğurun. Kakaolu xəmiri də streç salafana bükün. Xəmirləri
soyuducuya qoyub 1-2 saat gözlədin. Daha sonra xəmirləri yarım barmaq
qalınlığında açın və üst-üstə yerləşdirib rulet kimi edin. Təkrar streç
salafana bükün və soyuducunda 1-2 saat gözlədin. Soyuyan xəmiri 1 sm
qalınlığında dilimlənin və yağlı kağız sərilmiş soba qabına düzün.
Əvvəldən isidilmiş 175 dərəcə sobada üzərləri qizarana qədər bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!