Qələm peçenye resepti

Qələm peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi:

Kərə yağı – 100 qr.

Un – 200-250 qr.

Xama – 1 x/q.

Şəkər kirşanı – 100 qr.

Yumurta sarısı – 1 ədəd

Xəmirə çəkmək üçün yumurta – 1 ədəd

Vanil – yarım ç/q.

Müxtəlif qida boyaları

Duz



Hazırlanması:

Kərə yağı ilə şəkər kirşanını qarışdırırsınız.

Sonra xamanı, yumurta sarısını, vanil və duzu əlavə edirsiniz.

Ələnmiş un hissə-hissə qatqıya əlavə olunur. Xəmir ya 200 ya da 250 qr. un apa bilər.

Xəmir elə yoğrulmalıdır ki, elastik olsun və ələ yapışmasın.

Xəmiri 1/3 və 2/3 olmaqla 2 hissəyə bölürsünüz.

Böyük hissəni eni 15 sm. olmaqla, düzbucaqlı formada açırsınız.

Onu nazik qida pərdəsiylə örtüb, 1 saat soyuducuda saxlayırsınız.

Daha kiçik xəmiri isə uzunvari hissələrə bölərək, qida boyası ilə rəngləyirsiniz.

Çalışmaq lazımdır ki, onların hər birinin diametri 0,5 sm. olsun

Bir saat soyuducuda qalan ağ xəmirə yumurta sürtürük.

Xəmiri 2,5-3 sm. qalınlığında zolaq-zolaq kəsirik.

Sonra rəngli xəmirləri bir-bir ağ xəmirin içinə qoyub bükürük, diyirləndirik.

Hər "qələm”in üzərinə yumurta çəkib, perqament kağıza büküb, tavaya qoyuruq.

200 dərəcə temperaturda 15-20 dəqiqə ərzində bişiririk.

Tamamilə
soyuyandan sonra çox ehmalca (onların taxtadan deyil, xəmirdən olduğunu
nəzərə alaraq) xəmirləri bıçaq ilə karandaş formasına salırıq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!