Ləzzətli peçenye resepti

Ləzzətli peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 15
Tərkibi:

50 q qara un

100 ml süd

150 q şəkər tozu

150 q un

2 ədəd yumurta

1 ç.q qabartma tozu və ya soda

60 q kərə yağı

50 q ağ şokolad (üzərini bəzəmək üçün)



Hazırlanması:

Südlə qara unu bir qaba əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Ev şəraitində biraz gözlədirik.

Yumurta və şəkəri yüksək sürətlə çalırıq. Unu əlavə edib az sürətdə mikserlə çalırıq.

Orya qara unlu qarışımımızı əlavə edirik və ev şəraitində yumuşaldılmış kərə yağını əlavə edib bir daha qarışdırırıq.

Hazırlanmış qarışımı formalı listlərimizə əlavə edirik. Sobanı 200 dərəcədə qızdırırıq və 12-15 dəqiqə ərzində bişiririk.

Hazır olduqdan sonra üzərini əridilmiş ağ şokoladla bəzəyirik.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!