Diyetik peçenye resepti

Diyetik peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 36
Tərkibi:

1 ədəd yumurta

1 xörək qaşığı bal

1 xörək qaşığı qatıq

1 çay qaşığı qabartma tozu

2 su stəkanı kəpək

1 su stəkanı un

2 ədəd quru əncir

3 ədəd quru ərik

Yarım stəkan alma qurusu



Hazırlanması:

Bir
qabda yumurta, bal və qatığı çırpın. Ardından qabartma tozunu, kəpək və
unu qarışdırın. İncə doğranmış əncir və ərikləri, alma qurularını
xəmirə əlavə edin. Əllərinizi yüngülcə isladaraq xəmirdən qozdan bir az
kiçik parçalar qoparın və simit şəkli yumrulayın. Hazırladığınız
peçenyeləri yağlı kağızla örtdüyünüz nimçəyə düzün. Əvvəldən isidilmiş
180 dərəcə sobada 20-25 dəqiqə bişirin. Peçenyeləri sobadan çıxarıb
istər ilıq istər soyuq olaraq servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!