Düymə peçenye resepti

Düymə peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 29
Tərkibi:

Kəsmik – 250 q.

Marqarin – 125 q.

Toz-şəkər – 1 st. və 2 x.q.

Un – 2 st.

Yumurta – 1 əd.

Soda – ç.q.

Duz – 1 çimdik

Vanil



Hazırlanması:

Kəsmik ətçəkən maşından və ya xəlbirdən keçirilir.

Un soda ilə qarışdırılıb, ələnir. Yumşaldılmış yağ şəkərlə qarışdırılır, üzərinə yumurta əlavə edilib, bir qədər də çalınır.

Qarışıma
sodalı un və kəsmik əlavə edilir, iki yerə bölünür. Bir hissənin
üzərinə 1,5 ç.q. kakao əlavə olunur və hər iki qarışım ayrı ayrılıqda
yoğrulur.Xəmir 4 mm qalınlığında yayılır.

Badənin köməkliyi ilə yumru formada kəsilir.

Butulka qapağı ilə üzərinə naxış qoyulur. Üzərində 4 ədəd dəlik açılır.

Vam istilikdə bişirilir. Düymə peçenyelər hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!