Duzlu çay peçenyesi resepti

Duzlu çay peçenyesi resepti
Şirniyyat və Tortlar
10.09.2017 3
Tərkibi:

100 qr marqarin (otaq istiliyində yumşalmış)

1 ədəd yumurta

4 xörək qaşığı pendir (rəndələnilmiş)

1 paket qabartma tozu

2 su stəkanı un

1 çay qaşığı duz

1 çay qaşığı istiot



Hazırlanması:

Hər
zamankı kimi bir xəmir yoğurma qabını önümüzə agötürüb, bütün
vəsaitlərimizi də hazır edək. İndi otaq istiliyində yumşalmış marqarini
və yumurtanı əlimizlə yoğurmağa başlayaq. Sonra üzərinə rəndələnilmiş
pendiri, duz, istiot, qabartma tozu və unu əlavə edərək yaxşıca yoğuraq.
Əgər edə bilsəniz yüngül unlu bir yerdə oxlovla yarım santimetr
qalınlığında, yəni bir ortalı dəftər qalınlığında açın. Sonra çay
stəkanı ağızıyla kəsərək yumru forma verək.Sobamızı 175 dərəcəyə
nizamlayıb, əvvəldən istilədək. Soba nimçəmizi yaxşıca, yumşaq bir
marqarinlə yağlayaq və biskvitlərimizi aralı olaraq düzək. Üzərləri
yüngül sarı-qəhvərəngi olana qədər bişirək. Biskvitlərimiz bişdikdən
dərhal sonra sobadan çıxaraq.

Soyuyandan sonra servisə təqdim edək.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!