Karamelli-şokoladlı peçenye resepti

Karamelli-şokoladlı peçenye resepti
Şirniyyat və Tortlar
10.09.2017 42
Tərkibi:

300 q peçenye

200 qr kərə yağı

200 q qatılaşdırılmış süd

2 yemək qaşığı bal

50 q ağ şokolad

200 q qara şokolad



Hazırlanması:

Peçenye əzilir. Kərə yağı əlavə olunur və yaxşıca qarışdırılır.

Hazır peçenye qarışığı şəkildəki kimi qaba yığılır.

İndi isə karameli hazırlayaq. Bir qaba qatılaşdırılmış süd, kərə yağı və bal əlavə olunur.

Karameli tündləşənə kimi 15-20 dəqiqə az atəşdə bişirin. Yanmaması üçün qarışdırmaq lazımdır.

Karamel əzilmiş peçenyenin üzərinə əlavə edilir və üzəri qaşıq vasitəsilə hamarlanır.

Qara şokolad su vannasında əridilir və karamelin üzərinə əlavə olunur.

Əridilmiş ağ şokoladla da üzəri şəkildəki kimi bəzədilir və soyuducuda 20-30 dəqiqə saxlanılır.

Karamelli, şokoladlı peçenyemiz hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!