Ən dadlı tiramisu tortu resepti

Ən dadlı tiramisu tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Bu asan başa gələn tortun bircə çatışmayan cəhəti var - gərək onu bişirənin mətbəx tərəzisi olsun. 



Tərkibi: 

şərbət: 


100 ml təzə dəmlənmiş qəhvə

20-50 q şəkər tozu (qəhvəyi də olar)

20-40 q amaretto (zövqə görə)



qəhvəli biskvit: 

92 q yumurta sarısı

115 q un

138 q yumurta ağı

115 q şəkər tozu

9 q qəhvə (tezəriyən) + 30 ml təzə dəmlənmiş qəhvə 



maskarpone mussu:

185 q qaymaq 

45 ml tünd qəhvə 

92 q şəkər tozu

3 yumurtanın sarısı

375 q maskarpone

40 q tünd şokolad 



bəzək: 

30 q şirin olmayan kakao tozu

20x20 sm-lik formalar üçün 



Şərbət: 

Qəhvə bişirib şəkər tozu və amaretto əlavə edin.



Hazırlanması:

Qəhvəli biskvit: 

Sobanı
180 dərəcə qızdırın. Qəhvə bişirib 30 ml-ni ayırın, buraya 9 q
tezəriyən qəhvə əlavə edin. Yaxşıca qarışdırıb soyudun. Yumurta
sarılarını çəngəllə yüngülcə çalın. 

Unu ələyin.

Yumurta
ağlarını köpüklənincə çalın, az-az şəkər tozu əlavə edib qatılaşanadək
çalın. Yumurta sarılarını səliqəylə əlavə edib rəngi ağarıb həcmi artıb
qatılaşanadək çalın. 

İçinə
tezəriyən qəhvə qatdığınız dəmləməni əlavə edib qaşıqla səliqəylə
qarışdırın, ələnmiş unu qatın, yenə qaşıqla qarışdırın.  

Xəmiri iki yerə bölüb formalara tökün, 10-15 dəqiqə bişirin. 

Biskviti tam soyudun. Sonra formaların içiylə bir kəsin (20x20 sm). 



Maskarpone mussu: 

Yumurta
sarılarını şəkər tozu ilə yüngülcə çalın. 45 ml qaynar qəhvəni nazik
axında əlavə edin, qarışdırıb su hamamına qoyun, qatılaşınca bişirin.
Qaynatmaq olmaz! 

Soyudun. 

Maskarponeni çalıb bişirdiyiniz kremi 2-3 dəfəyə əlavə edib, qatılaşanadək mikserin orta sürətində çalın (çox çalmaq olmaz). 

Qaymağı ayrı qabda möhkəm çalın. 2 dəfəyə maskarponeli kremə əlavə edib qaşıqla qarışdırın. 



Tortun yığımı: 

Formanın içinə plyonka döşəyin. Birinci biskviti qoyun. Qəhvəli şərbət hopdurun. 

Maskarponeli mussun yarısını üzərinə çəkin. Hamarlayıb xırdalanmış tünd şokolad səpin. 

İkinci
biskvitə də şərbət hopdurub bunun üzərinə yerləşdirin. Maskarpone
mussunun qalanını çəkib hamarlayın, yaxud da konditer şprisi ilə
bəzəyin. 

Bir gecə soyuducuda saxlayın. 

Süfrəyə verməzdən əvvəl üzərinə xırda gözlü ələkdən kakao tozu səpin. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!