Şokoladlı sendviç peçenyesi resepti

Şokoladlı sendviç peçenyesi resepti
Şirniyyat və Tortlar
10.09.2017 25
Hamımız mağazadan hazır şirniyyatlar alıb yeməyə
öyrəmişik. Amma evdə şirniyyat etsək bu həm sərfəli olar, həm də
sağlıqlı...

"Şokoladlı sendviç peçenyesi"nin resepti təqdim edirik.



Tərkibi:

2 fincan + 2 x.q. un

0,5 fincan qəhvə

1/4 fincan quru süd

1 ç.q. qabartma tozu

1/2 ç.q. duz

240 q kərə yağı

1 + 3/4 fincan şəkər tozu

1 iri yumurta

2 ç.q. vanil ekstraktı

1/4 fincan xama

3 x.q. qaynar su



Krem:

300 q şokolad

150 q yağ



Hazırlanması:

Ələnmiş unu, qəhvəni, quru südü, qabartma tozu və duzu qarışdırın.



Yumşaldılmış kərə yağını şəkər tozuyla mikserdə çalın. Yumurta, xama,
vanil ekstraktı, qaynar su əlavə edin. Sonra unlu qarışığı əlavə edib
eynicinsli kütlə alınanadək çalın.



Xəmirdən kündələr tutub yastılayın, siniyə bir-birindən 1,5 sm aralı olmaqla düzün.



180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.



Hazır olandan sonra şəbəkənin üzərində soyudun.



Su hamamında şokoladı əridin (çox qızmasın!). Yumşaldılmış kərə yağı ilə
qarışdırın. Peçenyelərin arasına bu kremdən yaxmaqla cüt-cüt
birləşdirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!