Almalı peçenyelər resepti

Almalı peçenyelər resepti
Şirniyyat və Tortlar
10.09.2017 39
Tərkibi:

150 qram kərə yağı (otaq istiliyində yumşalmış)

1 çay (armudu) stəkanı toz şəkər

1 çay (armudu) stəkanı duru yağ

1 çay (armudu) stəkanı qatıq

1 yumurta

4 stəkana yaxın un

1 çay qaşığı qabartma tozu

1 şirin qaşığı vanil



İçlik:

4-5 ədəd alma

1,5 çay (armudu) stəkanı toz şəkər

1 şirin qaşığı darçın (zövqə görə)

1 stəkan çəkilmiş qoz



Hazırlanması:

Əvvəl iç vəsaitini hazırlayın. Almaları rəndələyin. Şəkərlə birlikdə
tavada orta atəşdə, tez-tez qarışdıraraq suyunu çəkənə qədər bişirin.
Ocaqdan götürdükdən sonra darçın və qozu əlavə edib qarışdırın. Soyumağa
buraxın.

Yumşalmış kərə yağı və şəkəri mikserlə 2-3 dəqiqə qədər çalın. Duru
yağ, yumurta və qatığı sırasıyla əlavə edib çalmağa davam edin.
Vəsaitlər tamamilə qarışana qədər çalın. Qabartma tozunu əlavə edin. Unu
stəkan stəkan əlavə edib yumşaq bir xəmir yoğurun.

Xəmiri naringi böyüklüyündə 2 ayrı hissəyə ayırın. İkisini də ayrı-ayrı
yayın. Birinin orta qisiminə içlikdən qoyun. Digər hissəni də qəfəsli
kəsmə ruletiylə kəsin və səliqə ilə ortasına iç qoyduğunuz digər
parçanın üzərinə bağlayın. Aralarını yüngülcə açın. İç vəsaiti ortaya
gələcək şəkildə yumru qəliblə kəsin. Kvadrat qəlib də olar.

Yağlanılmamış soba nimçəsinə aralı olaraq peçenyeləri düzün.

Əvvəldən isidilmiş 170 dərəcəlik sobada yüngül çəhrayı rəng olana qədər bişirin.

Sobadan çıxartdıqdan 10 dəqiqə sonra pudra şəkəri ələyin. (Çox istiykən
şəkər üzərində dərhal əriyir və daha çox şəkər səpmək məcburiyyətində
qalırsınız)







Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!