Nega Maluca şokoladlı keksi resepti

Nega Maluca şokoladlı keksi resepti
Şirniyyat və Tortlar
10.09.2017 25
Tərkibi: 

xəmir: 


4 yumurta

1,5 fincan şəkər tozu

2 fincan un 

1 fincan qoxusuz bitki yağı

1 fincan kakao

1 fincan qaynar su

1 x.q. qabartma tozu

şokoladlı krem: 

1/2 banka (195 q) qatılaşdırılmış süd

6 x.q. kakao 

6 x.q. süd

1 x.q. kərə yağı

(fincan = 240 ml)



Hazırlanması:

Sobanı 180 dərəcə qızdırın. 

20x30 sm ölçülü düzbucaqlı formanı yağlayıb un səpin. 

Şəkər
tozunu, birlikdə ələnmiş un, kakao və duzu, kərə yağını qarışdırın.
Qaynayan su əlavə edib qarışdırın, yumurta, qabartma tozu əlavə edib
eynicinsli kütlə alınanadək qarışdırın. 

Xəmiri
hazırladığınız formaya töküb qaşıqla üzərini hamarlayın. Sobada 40
dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit və ya diş çöpüylə yoxlayın.
Soyudub formadan çıxarın. 

Şokoladlı
krem: tayqulpda krem üçün göstərilən bütün ərzağı qarışdırıb ocağın
üstünə qoyun. Daim qarışdıraraq qatılaşanadək bişirin. Hazır keksin
üzərinə çəkin. 

 

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!