Almalı əsil Rus bulkası resepti

Almalı əsil Rus bulkası resepti
Şirniyyat və Tortlar
10.09.2017 6
Tərkibi:

20 q yaş maya

2-3 x.q. şəkər tozu

1 qəhvə qaşığı duz

2 st. süd (artıq da ola bilər)

50 q ərinmiş kərə yağı

2-3 x.q. zeytun yağı

1 yumurta

3-3,5 st. un 

vanil

2 x.q. təzə alma şirəsi



iç:

2-3 alma 

limon şirəsi 

1 x.q. darçın 

0,5 st. şəkər tozu



Hazırlanması:

Mayanı 1 qaşıq şəkər tozu və azacıq unla süddə əridin. İsti yerə qoyub 15-20 dəqiqə şişməsini gözləyin. 

Unu
ələyin, baratanı (qalxmış mayanı), yumurta, şəkər tozu, duz, ədviyyat
əlavə edin, süd, ərinmiş yağ qataraq taxta qaşıqla qarışdırın, sonra
zeytun yağı əlavə edərək əlinizlə yoğurun. Əldən ayrılıb elastik xəmir
alınanadək yoğurun. Üzərinə dəsmal çəkib 1 saat saxlayın. 



Almaları təmizləyib xırda kubik doğrayın, üzərinə limon şirəsi gəzdirin.



1 x.q. darçın və yarım stəkan şəkər tozunu qarışdırın. 



Xəmiri 6 yerə bölün. 



Kündəni
dördbucaqlı formasında yayın, almanı bərabər yayın, üzərinə
darçın-şəkər tozu qarışığını səpin. Rulet kimi bükün, sonra isə bu
ruleti spiral kimi bükün. Formanın içinə "tikişi" altda olmaqla düzün. 5
kündəni bu qaydada hazırlayıb formanın içində yanaşı düzün, orta boş
qalsın. 

6-cı
kündəni uzun nazik şərid kimi yayın. Almanı napnazik dilimlərə
doğrayın. Xəmirin üzərinə bir-birinin üstünə çıxmaqla düzün, üzərinə
darçınlı şəkər tozu səpin. Xəmiri rulet kimi bükün ("qızılgül"
alınacaq), formanın ortasına yerləşdirin. 



30
dəqiqə saxlayın. Üzərinə yumurta çəkib xaş-xaş səpin. Sobada 1 saat
bişirin. Bu müddətdən az bişirsəniz, içi bişməyəcək. Bişməyə başlayandın
30-40 dəqiqə sonra, ortası çox qızararsa, üzərinə folqa çəkib bişirməyə
davam edin. 



Bişmiş bulkaları şəbəkənin üzərində soyudun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!