Qadın ruhu piroqu resepti - FOTO RESEPT

Qadın ruhu piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 21
Tərkibi:

Xəmiri üçün:


3 st un

250 qr kərə yağı

1 st (200 qr) xama

1 çay qaşığı soda



İçlik üçün:

2 st qoz və ya fındıq (İkisini qatsanız daha dalı olar)

1 st şəkər tozu

1 st kişmiş

2 yumurtanın ağı



Hazırlanması:

Üstünə 1 yumurta sarısı

Kərə yağını bıçaqla kiçik-kiçik doğrayırıq. Unu üstünə töküb iri-iri umac alınana qədər çəngəllə əzin.







Xamanın içinə 1 çay qaşığı soda töküb köpürdün. Xamanı əlavə edib xəmir yoğururuq.







Xəmir zərif, yumşaq və ələ yapışmayan olmalıdı.. İki kündə ayırıb selofan paketə qoyun.

Soyuducuya qoyun 1 saat dinlənsin.







İçliyi hazırlayaq. Yumurtanın ağını şəkərtozu ilə ağarana qədər yaxşıca
çalın. Qozu blenderdən keçirin. Bir az iri qalsın ki, ağıza gəlsin.
Qozu, kişmişi və yumurtanı qarışdırın.







Kündələri çıxardırıq. Unlayıb açırıq. Formanızın ölçüsündə açın. Alt listini bir az iri açın qıraqları yuxarını da tutsun.

İçliyi yaxıb ikinci kündəni də açırııq.







İkinci listi də açıb yerləşdiririk. Yumurta sarısını töküb bıçaqla forma verin.







Kəsən zaman çox dərin kəsməyin. Sadəcə iz qoyun. Listi parçalayıb,
içliyi üzə çıxartsanız, bişəndə çölə çıxacaq. Qızmış sobada üstü
qızaranadək bişiririk.
 





Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!