Unsuz-yumurtasız şokoladlı tort resepti

Unsuz-yumurtasız şokoladlı tort resepti
Şirniyyat və Tortlar
10.09.2017 44
Tərkibi (4-6 pay): 

360 q qoz 

60 q kakao tozu

1/4 ç.q. duz

170 x xurma



qlazur: 

60 q xurma 

60 ml bal 

120 q avokado 

30 q kakao tozu



iç və bəzək: 

1 st. təzə, yaxud dondurulmuş moruq 

120 q digər giləmeyvə 



Hazırlanması:

Xəmir: 


Qoz,
duz və kakaonu blenderdə üyüdün. Un halına düşəndə çərdəksiz xurmaları
əlavə edib eynicinsli kütlə alınanadək xırdalayın. Xəmiri 2 yerə bölün,
qida plyonkasına büküb soyuducuya qoyun. 

Qlazur: 

Çərdəksiz xurmaları, bal və avokadonu blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. Kakao əlavə edib bir daha qarışdırın. 

 

Kənarı açılan formaya xəmirin birinci qatını qoyub, yaxşıca döşəyin.
Şokoladlı qlazurdan bir neçə qaşıq üzərinə yayın. Giləmeyvələri əzib
qarışdırın, üzərinə çəkin. Xəmirin ikinci qatını əlinizlə hamarlayıb
giləmeyvənin üzərinə yerləşdirin. 

Formanın kənarlarını açın. Qlazuru tortun üzərinə və kənarına çəkin. Üzərini moruq və ya digər giləmeyvə ilə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!