Misir fətiri resepti

Misir fətiri resepti
Şirniyyat və Tortlar
10.09.2017 14
Tərkibi (4-6 pay):

xəmir:


1 st. süd

1 yumurta

2,5-3 st. un

250 q yağ

duz

0,5 ç.q. maya



krem:

1 yumurta

1 st. şəkər tozu

3 x.q. nişasta

2 st. süd

1 paket vanilli şəkər tozu (5 q)



Hazırlanması:

Krem: Yumurtanı şəkər tozu və nişasta ilə ağ, qatı kütlə alınanadək
çalın. İsit süd əlavə edib qarışdırın, ocağın üstünə qoyub daim
qarışdıraraq qaynara düşüb qatılaşanadək bişirin.



Xəmir: İlıq süddə mayanı əridin, yumurta, duz, un əlavə edib yumşaq
xəmir yoğurun. 2 yerə bölün. Hər birini yayıb üzərinə yumşalmış yağ
çəkin. Öncə rulet, sonra spiral kimi bükün. Çalışın 250 q yağın hamısını
xəmirin üzərinə çəkəsiniz (bünün üçün onu əritmək yox, sadəcə otaq
temperaturunadək yumşaltmaq lazımdır). Əks halda qatları bilinmir.



Hər spiralı ayrılıqda qida plyonkasına büküb soyuducuda 2-4 saat saxlayın.



Bu müddət ötəndən sonra xəmiri çıxarın. Yenidən yoğurmaq lazım deyil. Olduğu kimi ayrı-ayrılıqda 2-3 mm qalınlıqda yayın.



Xəmirin birini yağlanmış siniyə yayın. Üzərinə kremi çəkib hamarlayın.
İkinci xəmiri bir az enli yayın ki, kənarını altına qatlamaq olsun. Onu
kremin üstündən qoyub kənarlarını alt tərəfinə qatlayın (kənarlardan
içəriyə 2 sm).



Üzərini bir neçə yerdən çəngəllə deşin. Yumurta sarısını azca südlə çalıb üzərinə çəkin.



Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, üzəri qızaranadək
bişirin. Bir qədər soyuduqdan sonra üzərinə şəkər pudrası səpə
bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!