Yaş muffin resepti

Yaş muffin resepti
Şirniyyat və Tortlar
10.09.2017 24
Tərkibi:

4 yumurta

1.5 su stəkanı şəkər

1 su stəkanı duru yağ

Yarım su stəkanı ilıq su

1 su stəkanı süd

1 paket vanil

1 paket qabartma tozu

25 qram kakao

2,5 su stəkanı unKeksi islatmaq üçün;

1 su stəkanı süd

1 yemək qaşığı şəkər

1 yemək qaşığı kakao

1 yemək qaşığı duru yağ



Hazırlanması:

Yumurta və şəkəri yaxşıca qarışdırıb sonra un istisna olmaqla digər ərzaqları əlavə edirik və qarışdırmağa davam edirik.



ən son unu yavaş yavaş əlavə edərək keks xəmirini hazırlayırıq.



Silikon keks qəliblrini yağladıkdan sonra qəliblərin arısına qədər xəmiri qoyub xəmirin bişdiyini kürdan köməyi ilə yoxlayırıq.



Muffinler bişərkən digər tərəfdən keksi islatmaq üçün lazımi ərzaqları
bir qazana qoyub biraz isitdikdən sonra kakaonun yaxşıca qarışdırırıq.



Muffin sobadan çıxarıldıqdan sonra biraz isidildikdən sonra qəlibdən
çıxarmadan hazırladığımız əlavədən üzərinə 1 və ya 2 qaşıq tökürük.



əlavənin yaxşı hopması üçün kürdanla kekslərdə deşiklər aça bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!