Alamalı peçenyelər resepti - FOTO RESEPT

Alamalı peçenyelər resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 29
Tərkibi:

150 qram kərə yağı (otaq istiliyində yumşalmış)

1 çay (armudu) stəkanı toz şəkər

1 çay (armudu) stəkanı duru yağ

1 çay (armudu) stəkanı qatıq

1 yumurta

4 stəkana yaxın un

1 çay qaşığı qabartma tozu

1 şirin qaşığı vanil



İçlik:

4-5 ədəd alma

1,5 çay (armudu) stəkanı toz şəkər

1 şirin qaşığı darçın

1 stəkan çəkilmiş qoz





Hazırlanması:

Əvvəl iç vəsaitini hazırlayın. Almaları rəndələyin. Şəkərlə birlikdə
tavada orta atəşdə, tez-tez qarışdıraraq suyunu çəkənə qədər bişirin.
Ocaqdan götürdükdən sonra darçın və qozu əlavə edib qarışdırın. Soyumağa
buraxın.

Yumşalmış kərə yağı və şəkəri mikserlə 2-3 dəqiqə qədər çalın. Duru
yağ, yumurta və qatığı sırayla əlavə edib çalmağa davam edin. Vəsaitlər
tamamilə qarşana qədər çalın. Qabartma tozunu əlavə edin. Unu stəkan
stəkan əlavə edib yumşaq bir xəmir yoğurun.

Xəmiri şəkildə izah edilən kimi iki paketin arasında yayın. Kvadrat
peçenye qəlibiylə kəsini və. Düzbucaqlı da edilə bilər. Hətta düzbucaqlı
şəkli bükmək daha asan olar.

Kənarlardan bir az yer qoyaraq 4 kəsik atın. Kəsiklərin arasında 1 sm
boşluq olsun. Kəsiklərin üzərinə çaprazlamasına iç vəsaitindən qoyun.

Qarşılıqlı iki ucu çəpinə iç vəsaitinin üzərinə bağlanın və tərs tərəfinə çevirin. Yüngülcə əyərək ay şəkli verin.

Yağlanılmamış soba nimçəsinə aralı aralı düzün. Əvvəldən isidilmiş 170
dərəcəlik sobada yüngül çəhrayı rəng olana qədər bişirin.

Sobadan çıxardıqdan 10 dəqiqə sonra pudra şəkəri ələyin. (Çox istiykən
ələsəniz şəkər üzərində dərhal əriyir və daha çox şəkər səpmək
məcburiyyətində qalırsınız)









Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!