Tart formalı tiramisu resepti

Tart formalı tiramisu resepti
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

2 yumurta

1 çay stəkanı şəkər tozu

1 çay stəkanı süd

1 çay stəkanı duru yağ

1 qabartma tozu

2 xörək qaşığı kakao

2 çay stəkanı un



Keksi islatmaq üçün:

yarım su stakanı ilıq su

1 çay qaşığı nescafe



Kremi üçün:

1 yumurta sarısı

1 çay stəkanı şəkər tozu

2 qaşıq un

2,5 su stəkanı süd

100 qr labne pendiri



Üzəri üçün:

kakao



Hazırlanması:

Yumurta və şəkər 5 dəqiqə çırpılır, digər ərzaqlar əlav ə olunur və yağlanmış unlanmış tart qabına tökülür.



180 dərəcədə 15-20 dəqiqəyə qədər bişirilir.



Kremi üçün labne pendiri istisna olmaqla bütün ərzaqlar qarışdırılır və
qaynayanda söndürülür və labne pendiri əlavə olunub qarışdırılır.



Keks sobadan çıxarılanda ilıq su ilə əridilmiş qəhvəli su ilə isladılır.



Üzərinə krem əlavə olunur və kakao ələnərək bəzədilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!