Kaffin resepti - FOTO RESEPT

Kaffin resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 15
Kraffin - maffinlə kruassanın hibrididir. İlk dəfə San-Fransiskoda Mr. Holmes Bakehouse-da Ri Stiven hazırlayıb.  

 

Tərkibi (8-10 ədəd): 

300 q un

18 q yaş maya

5 q duz

1 x.q. şəkər tozu

130 ml isti su + 30 adi temperaturlu su

50 q yumşaq kərə yağı

 

iç: 

165 q yumşaq kərə yağı

4 x.q. şəkər tozu

1/2 ç.q. darçın

(şəkər tozunu darçınla qarışdırın)

 

Hazırlanması:

Mayanı əzin, şəkər tozu, 2 x.q. un və 130 ml isti su əlavə edib qarışdırın. 

Kombayna unun qalanını ələyin, duz, gəlmiş maya əlavə
edin, yumşaq yağ və otaq temperaturunda 30 ml su əlavə edərək 5 dəqiqə
yoğurun. 

Xəmir elastik alınır, 4 yerə bölün, üzərinə dəsmal çəkib 45 dəqiqə isti yerdə saxlayın. 

Bir kündəni götürüb əlinizlə 1 sm qalınlıqda yayın.
Makaron üçün maşında yayın. 50 sm uzunluqda nazik şərid alınacaq (maşın
yoxdursa, bunu oxlovla yaymağa çalışın). Xəmiri azca əlinizlə
dartışdırın. Üzərinə yumşaq kərə yağı çəkib darçınla qarışdırılmış şəkər
tozu səpin. 

Rulet kimi bükün, azca uzununa dartın, ortadan uzununa  2 yerə bölün. Bir hissə - bir kraffindir. 

Böldüyünüz hissəni kəsikləri çölə olmaqla düyün kimi bükün.

Bu qayda ilə bütün bulkaları hazırlayın.

Üzərinə dəsmal çəkib 3-4 saat saxlayın. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 

Hazır kraffinlərin üzərinə şəkər pudrası səpin.





 

 

 

 

 

 Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!