Şokoladlı albalı ilə kalfuti resepti - FOTO RESEPT

Şokoladlı albalı ilə kalfuti resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 6
Kalfuti-
məşhur fransız desertidir.  Piroq, pudinq
və zapenkakanın ortasında bir ləzzətdir. Klassik hazırlanma qaydasında  vişnə dənələri duru xəmirə əlavə olunur və
bişirilir. Həmçinin armudlu, gavalılı, ərikli və s. növləri mövcuddur. Bu meyvələrlə
hazırlayanda meyveleri vişnə böyüklüyündə doğramaq lazımdır.

Şokoladlı
albalı ilə olan bu resept asan başa gələn və çox ərzaq tələb etməyən reseptdir.
Desert zərif, şokoladlı və dadlı alınır.


 

Tərkibi:

Albalı –
1 stəkan

Süd – 300
ml

Yumurta –
3 ədəd

Un – 80
qr

Şəkər –
120 qr

Kakao –
50 qr

Kərə yağı
– 1 ç/q

Şəkər
pudrası – 2 ç/q

Limon
sedrası


 

Hazırlanması:

Limon
sedrasına yumurtaları əlavə edib qarışdırın. Sonra qalan ərzaqları – kakao, un
və südü əlavə edib mikser ilə yaxşıca çalın. Qatı xəmir alınacaq, daha çox
çalmayın

Böyük
olmayan formanı  kərə yağı ilə yağlayıb
albalıları düzün. Əgər dondurulmuş meyvə istifadə edəcəksinizsə donunun
açılmasını gözləyin və suyunu süzün.  Səliqə
ilə qarışımı formaya əlavə edin. 180C dərəcə qızdırılmış sobada  45-50 dəqiqə bişirin.

Bişib
bişməddiyini çöp vasitəsi ilə yoxlaya bilərsiniz. Kalfutiyə batırdığınız çöp təmiz
çıxmalıdır. Formada bir az soyuduqdan sonra formadan çıxarın. Üzərinə şəkər
pudrası səpin və zövqə görə meyvələrlə bəzəyin.















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!