Südlü halva resepti

Südlü halva resepti
Şirniyyat və Tortlar
10.09.2017 23
Tərkibi:

100 gr marqarin

2 su stəkanı duru yağ

1.5 (3/2) su stəkanı Süd

100 q kərə yağı

7 su stəkanı un

1 ədəd yumurta



Şərbəti üçün:

2 su stəkanı su

1 su stəkanı süd

3 su stəkanı toz şəkər



Üzəri üçün:

fındıq (çəkilmiş)



Hazırlanması:

Unu dərin qaba töküb üzərinə yumurta əlavə edərək əl ilə qarışdırılır.



Üzərinə 1,5 su stəkanı süd əlavə olunub təkrar qarışdırılır.



Qarışıq yaxşıca yoğrulur.



Sonra bir süzgəcə töküb iriləri yuxarıda, kiçik və toz şəklində olanlar altda qalacaq şəkildə ələnir.



Bir tavada duru yağ, marqarin və kərə yağı əridilərək qarışdırılır.



Süzgəcin üzərinə qalan böyük parçalar yağda qızarana qədər qovrulur.



Üzərinə toz şəklindəki unlu qarışığı əlavə edib qızılı-sarısı rəng alana qədər qovrulur.



Qazan ocaqdan alınıb öncədən hazırlanmış şəkər, su və südün qaynadılmış və soyudulmuş şərbət, halvaya əlavə edilir.



Şərbət havlava hopduqdan sonra süfrəyə verilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!