Qarağatlı çələnglər resepti - FOTO RESEPT

Qarağatlı çələnglər resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 20
Tərkibi:

Xəmir
üçün:


500 qr un

25 qr
maya

¾ süd

2 ədəd
yumurta

2 x/q şəkər

60 qr kərə
yağı

0,5 ç/q
duz


 

İçlik
üçün:


1,5 stəkan
qırmızı qarağat

0,5 st. Şəkər

1,5 ç/q
portağal qabığı


 

Hazırlanması:

İlk öncə
mayanı 0,5 st iləq süd ilə qarışdırırıq, unun yarısını əlavə edib qarışdırıb
isti yerdə 1-2 saat acıması üçün saxlayırıq.

Acıyan xəmirə
qalan ilıq südü, şəkər ilə çalınmış yumurtanı, duzu, qalan unu əlavə edib
qarışdırırıq və sonra  yumşalmış kərə
yağını yavaş-yavaş əlavə edirik. Ələ yapışmayan xəmir yoğururuq. Üzərini streç
film ilə örtüb iki saat soyuducuya qoyuruq.

İçliyi
hazırlamaq üçün qarağatı blenderdə xırdalayırıq. Sonra şəkər və portağal qabığı
ilə qatılaşana qədər bişiririk.

Xəmiri
soyuducudan çıxarıb un səpərək  təxminən
60*30 sm ölçüdə dördkünc şəkildə yayırıq. İçliyi üzərinə bərabər şəkildə
yayırıq.  Sonra şəkildə göstərilən kimi
qatlayıb üzərindən  yüngülcə oxlov ilə
basıb  eni təxminən 3 sm olmaqla hissələrə
kəsirik.  Hər hissəni ayrı-ayrılıqda
halqa şəklində büküb kənarlarını yaxşıca bitişdiririk. Soba nimçəsinə düzüb
200C dərəcədə qızılı rəng olana qədər bişiririk. Hazır olan şirniyyatın üzərini
şəkər pudrası və ya qlazur ilə bəzəyə bilərsiz.


 























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!