Payız axşamı tortu resepti

Payız axşamı tortu resepti
Şirniyyat və Tortlar
10.09.2017 13
Tərkibi:

Tort xəmiri üçün:

Kərə yağı — 125 q

Quru maya — 5 q

Xama — 0,5 stəkan

Bir çimdik duz

Un- 2 dolu stəkan



Tort Kremi üçün:

Süd — 250 ml

Yumurta sarısı — 1,5 ədəd.

Şokolad — 50 q

Un — 1 x.q

Şəkər — 75 q



Hazırlanması:

Maya az suda həll olunur, xamanın üzərinə tökülür və bir qədər qoyuruq
qalsın. Yağ kiçik tikələrə doğranır. Unu bir qaba ələyirik duzla bir
yerdə, yağ əlavə edib yaxşıca qarışdırırıq. Maya+Xama qarışığınıda əlavə
edib xəmir yoğururuq. Kürə formasında xəmiri hazırlayırıq, plyonkaya
büküb atırıq soyuducuya 30 dəqiqə qalır orda

Yumurta sarıları şəkərlə bir yerdə ağarana kimi çalınır. Un əlavə edib
yaxşı qarışdırırıq ki, yumaqlar əmələ gəlməsin. Süd qaynar hala
çatdırılır, sındırılmış şokolad tikələrini ora əlavə edirik. Şokolad tam
həll olunana kimi qarışdırılır. Yumurta sarılarını şokoladlı südün
içinə nazik şırnaqla tökə-tökə dayanmadan qarışdırırıq. Deməli krem
qatılaşana kimi qarışdırırıq. Qoyuruq Soyumağa.

Listin içinə perqament kağız salırıq. Xəmiri listin içində onun ölçüsünə uyğun yayırıq.

Xəmirin üstünü çəngəllə deşdəkləyib, qoyuruq 200C dərəcə qızdırılmış
sobaya və 10 dəq ərzində bişiririk. Bişəndən sonra Formanı sobadan
çıxarırıq üzərinə nəm dəsmal örtüb qoyuruq soyumağa.

Səliqə ilə xəmiri 4 bərabər hissəyə kəsirik.

Onları hazırladırığımız kremlə kremləyib üst-üstə yığırıq.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!