Karamelli bananla dondurma resepti

Karamelli bananla dondurma resepti
Şirniyyat və Tortlar
10.09.2017 50
Tərkibi (4 pay):

3 yetişmiş banan 

375 ml süd

70 q qəhvəyi şəkər tozu (adi də olar)

1 çimdik duz

1 x.q. vanilli şəkər tozu 

1 x.q. kərə yağı

1 ovuc qoz 

1 neçə damcı limon şirəsi (zövqə görə)

karamel sousu (zövqə görə)



Hazırlanması:

Qalın dibli
tavada yağı əridin, şəkər tozu və bananı əlavə edib qızardın, şəkər tozu
əriyəndən sonra ocağı azaldıb banan karamelləşənədək bişirin
(bananların rəngi tündləşəcək, şərbəti hopduracaq). 



Karamelləşmiş
bananı blenderlə püre halına salın, süd, vanilli şəkər tozu, duz, limon
şirəsi əlavə edib bir daha blenderdə qarışdırın.



Soyuducuda 2 saat (ən yaxşısı bir gecə) saxlayın. 



Qozu həvəngdə döyün (həm öncə, həm də sonra əlavə edə bilərsiniz).



Dondurma
maşınında 20 dəqiqə hazırlayın. Əgər belə aparatınız yoxdursa,
əvvəlcədən dondurma qablarını soyuducuda dondurun, kütləni içinə
paylaşdırıb 2-3 saat, yaxud bir gecə dondurucuda saxlayın (saatda bir
dəfə qaşıqla qarışdırın). 

Bərkiyəndən
sonra dondurucudan çıxarıb 30 dəqiqə soyuducuda saxlayın. Bu dondurma
digər ev dondurmaları kimi tez əriyib suya dönmür. Çünki tərkibindəki
banan buna imkan vermir. 



Süfrəyə karamel sousu və qozla verə bilərsiniz. 



Karamel
sousu: 4 dolu x.q. şəkər tozu, 4 x.q. kərə yağı, 40 ml yağlı qaymaq.
Qalın dibli tavaya şəkər tozunu nazik qat yayın. Ocağın üzərinə qoyun.
Əriyən kimi yağ qatıb səliqəylə qarışdırın. Yağ əriyəndə qaymağı əlavə
edib qarışdırın, ocaqdan götürün. 



Hazır karamel sousundan da istifadə edə bilərsiniz.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!