Hörüklü alma piroqu resepti - FOTO RESEPT

Hörüklü alma piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi (10 pay):

600 q un

4 x.q. şəkər tozu

1 ç.q. darçın

1 çimdik duz

20 q təzə maya

200 ml süd

2 yumurta

2 x.q. bitki yağı

4 alma

0,5 limonun şirəsi 

 

Hazırlanması: 

Mayanı isti süddə əridib 2 x.q. şəkər tozu və 100 q un
əlavə edin. Yaxşıca qarışdırın, üzərinə dəsmal çəkib isti yerdə 30
dəqiqə saxlayın.  



Unu təpəcik kimi ələyin, ortasında çala açın, içinə
bitki yağı, yumurta, duz və baratanı əlavə edib xəmir yoğurun. Üzərinə
dəsmal çəkib isti yerdə 1 saat saxlayın. 



Xəmiri iki bərabər kündəyə bölüb 5-8 mm qalınlıqda oval yayın. 



Almaları yuyub qabığını soyun, cecəyini çıxarın, xırda
kubik doğrayın, üzərinə limon şirəsi gəzdirin, şəkər tozu və darçınla
qarışdırın. 



Perqament qoyulmuş siniyə xəmirin birini döşəyin. İçi üzərinə qoyub bərabər yayın. 



İkinci yaydığınız xəmirin üzərində kənarlardan 3 sm
yer qoyaraq paralel kəsiklər edin. Bunu almanın üzərindən qoyun  və
"hörməyə" başlayın.  Aşağıdan-yuxarıya hörmək daha rahat olur. Bir
şəridi o birinin üzərinə qoyun, "ilmə" alınır, ikinci şəridi onun
altından çıxarıb üçüncünün üzərinə qoyun, üçüncünü  ikincinin altından
çıxarıb dördüncünün üzərinə qoyun... və bu qayda ilə yuxarıyadək gedin.
Sonuncu "ilməni" elə yuxarıda qatlayın.



Piroqun kənarlarını bərkidib 40 dəqiqə saxlayın.
Üzərinə çalınmış yumurta çəkib əvvəlcədən 190 dərəcə qızdırılmış sobada
30 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. 



Sobadan çıxarıb bir qədər soyudun, doğrayın.  




 

 

 

 

 

 


Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!