Brauniz pirojnaları resepti

Brauniz pirojnaları resepti
Şirniyyat və Tortlar
10.09.2017 31
Tərkibi:

170 +30 qram acı şokolad (59-70% какао)

170 qram kərə yağı

250-300 qram şəkər tozu

3 ədəd yumurta

125 qram un

1 ç.q. qabartma tozu

bir çimdik duz

0,5 stəkan qoz ləpəsi və yaxud təmizlənmiş badam



Hazırlanması:

Xəmiri
hazırlamaq üçün: əridilmiş şokoladın (170 qram) üzərinə xırda
doğranılmış kərə yağı töküb, buxarda istilədərək, əridin. Sonra üstünə
şəkər tozu əlavə edib, həll olunana qədər qarışdırın. Soyutmaq üçün
kənara qoyun. Sonra üstünə tədricən yumurtaları əlavə edib, qarışdırın.
Unu qabartma tozu ilə qarışdırıb, duz səpərək, şokoladlı qarışığın içinə
tökün.

Şokolad (30 qram) və qoz ləpəsini xırda-xırda doğrayıb, xəmirə əlavə edərək, yaxşıca qarışdırın.

Yumru
tort formasını yağlayıb, dibinə perqament kağızı sərin. Sonra perqament
kağızın üstündən kərə yağı çəkib, hazırlanmış xəmiri içinə bərabər
şəkildə tökün.

Korju
170 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin. Korjun
hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit çöpü batırıb,
çıxardın – çıxan kibrit çöpünə xəmir yapışmayıbsa, korjunuz hazırdır.
Çalışın korju qurutmayasız.

Korju
duxovkadan çıxardıb, soyuducuya 8-12 saat müddətinə qoyun. Braunizi
kvadrat şəkildə kəsib, çay süfrəsinə təqdim etmək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!