Qızılgül formalı peçenyalar resepti

Qızılgül formalı peçenyalar resepti
Şirniyyat və Tortlar
10.09.2017 26
Tərkibi:

Kərə yağı (Marqarin də istifadə etmək olar) – yarım paket

Yumurta – 1 ədəd

Qatıq – 1 x.q.

Pudra şəkəri – 1 st.

Vanil – 1 paket

Duz – 1 çimdik

Qabartma tozu – 1 ç.q.

Kakao – 1.5 x.q.

Un – ala bildiyi qədər



Hazırlanması:

Qarışdırma
qabına otaq istiliyində azca əridilmiş yağı, qatığı və yumurtanı əlavə
edib, əvvəlcə barmaq uclarınız vasitəsilə onları bir-birinə yeridin.
Mikserlə 2 dəqiqə yaxşıca qarışdırın. Daha sonra pudra şəkərini əlavə
edib bir az da qarışdırın. Ayrıca bir qabda unu, vaili və
qabartma tozunu qarışdırıb yavaş-yavaş əvvəlki qabdakı qarışıma əlavə
edin. Una mikser vurmayın, qaşıq və ya çırpanla qarışdırın. Ələ
yapışmayan bir az yumşaq xəmir alınana qədər əlinizlə yoğurun. Və xəmiri
iki yerə ayırın. Birinə kakaonu əlavə edib yoğurmağa davam edin. Sonra
xəmirləri oxlov vasitəsilə yayın və 4 dənə yuvarlaq xəmir kəsin. Bu
xəmirləri stəkan vasitəsilə kəsə bilərsiniz. İki ağ və iki kakaolu
xəmiri götürüb rulet halında dolayın. Alınan qızılgül formalı xəmirləri
əvvəlcədən 190 dərəcədə isidilmiş sobada bişirin. Diqqət edin ki,
üzərləri yanmasın. Soyuduqdan sonra servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!