Almalı ştrudel resepti - FOTO RESEPT

Almalı ştrudel resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 49
Tərkibi:

2 ədəd
hazır qat-qat xəmir

0,5 ç/q
darçın

2-3 ədəd
böyük alma

2 x/q un

2 x/q şəkər

1 x/1 qəhvəyi
şəkər

0,5 st
xırdalanmış qoz

2 x\q
suxari


 

Üzəri
üçün:


1 ç/q su

1 ədəd
yumurta



Hazırlanması:

Almaları
yuyub təmizləyib kub şəklində doğrayırıq. Darçın, un və hər iki şəkər ilə qarışdırıb almalar suyunu buraxması üçün
20 dəqiqə gözləyirik.

Başqa bir
nimçədə qoz, suxarı və yenə də hər iki şəkəri qarışdırırıq.

Donu
açılmış qat-qat xəmiri yayırıq, üzərinə əvvəlcə qozlu qarışımı, sonra isə
almalı qarışımı səpirik.

Xəmirin kənarlarını
içəri qatlayırırq ki, içlik tökülməsin. Sonra rulet şəklində bükürük. İkinci xəmiri
də eyni şəkildə bükürük. Yağlanmış və ya yağlı kağız sərilmiş soba nimçəsinə
qoyub üzərinə su ilə çalınmış yumurta çəkirik. Hər ruletin üzərinə xırda kəsiklər atırıq.

190C dərəcə
qıızdırılmış sobada 40-45 dəqiqə üzəri çəhrayı olana qədər bişiririk.

P.S: dərəcəni
sobanıza görə düzəldin.























Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!