Ən asan bananlı piroq resepti

Ən asan bananlı piroq resepti
Şirniyyat və Tortlar
10.09.2017 66
Ərzağınıza və vaxtınıza qənaət edərək hazırlayacağınız banan piroqu ilə
sevdiklərinizin sağlamlığını qoruyaraq onları sevindirə, hətda körpə
uşaqlara belə ürək rahatlığı ilə verə bilərsiniz .



Tərkibi:

100 q kərə yağı

3 ədəd yumurta

300 q un

1st şəkər tozu

1 st xama

3 ədəd banan



Hazırlanması:

1. Unu ələkdən keçirin.Yumurtaların ağını sarısından ayırıb, 3 yumurta
sarısını yarım stəkan şəkər tozu ilə qarışdırıb üzərinə unu əlavə edin.
Bir qədər bərk xəmir alınana qədər qarışdırın və 30 dəq. ərzində
soyuducuya qoyun.



2. Soyuducudan çıxarılan bananları qabıqdan təmizləyib halqa şəklində doğrayın. Bananın üzərinə ətir üçün vanil əlavə edin.



3. Soyuducudan çıxardığımız xəmiri sobanın sinisinə yayırıq. Amma
əvvəlcə sinini yaxşıca yağlayırıq ki, bişmiş piroq listə yapışmasın.



4. Yaydığınız xəmirin üzərinə doğradığınız bananları düzüb üzərinə xama
əlavə edin. Diqqət etmək lazımdır ki, xama yağlı və bərk olsun. Çiy
piroqun üzərinə vanil, şəkər tozu əlavə edərək dadına dad qata
bilərsiniz.



5. Hazırladığınız piroq xəmirini bişirmək üçün sobaya qoyun. 180-200 dərəcədə 20 dəq. bişirin.



6. 3 yumurtanın ağından beze hazırlayın. Bunun üçün yumurtanın ağlarını
yarım stəkan şəkər tozu ilə 10 dəqiqə ərzində yaxşıca çalırıq. Bezenin
düzgün çalındığına əmin olmaq üçün məhlulun olduğu qabı çevirmək
lazımdır. Əgər məhlul axmırsa deməli beze hazırdı.



7. Piroqu sobadan çıxarıb üzərinə beze çəkib, banan dilimləri və badamla bəzəyərək, yenidən 3 dəqiqəliyinə sobaya qaytarın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!