İçi kremli şokoladlı maffinlər resepti

İçi kremli şokoladlı maffinlər resepti
Şirniyyat və Tortlar
10.09.2017 13
Tərkibi (6-8 pay): 

300 q un

2 yumurta 

160 q şəkər tozu

150 q ərinmiş kərə yağı

170 ml süd

2 x.q. kakao

2 ç.q. qabartma tozu

1/2 ç.q. soda

1 çimdik duz



bişmiş krem: 

2 yumurtanın sarısı

20 q şəkər pudrası

20 q un

200 ml süd

20 q şəkər tozu

1 paket vanilli şəkər tozu



Hazırlanması:

Öncə kremi hazırlayın: 

Yumurta sarılarını şəkər pudrası və unla qarışdırın. 

Südlə şəkər tozunu qaynadın. İsti südü yumurta qarışığının üzərinə
əlavə edin, bu zaman onu dayanmadan qarışdırın ki, yumurta bişməsin.
Qarışığı yenidən qazana töküb vam odda 5-8 dəqiqə, qatılaşınca bişirin. 

Xəmir: 

Bir qabda xəmir üçün olan quru ərzağı qarışdırın. Digər qabda
yumurtanı südlə çalın, ərinmiş yağ qatıb qarışdırın. Quru qarışığa qatıb
qaşıqla qarışdırın. Çalışın, lopa qalmasın. 

Formaların içinə qaşıqla xəmir qoyun, üzərinə azca krem qoyub üzərini yenə xəmirlə örtün (çalışın, bunlar formadan daşmasın). 

200 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. 

Əgər çox yumşaq maffinləri sevirsinizsə, bişib soyuduqdan sonra ağzı kip qapanan qabda saxlayın. 



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!