Şokoladlı peçenyə resepti

Şokoladlı peçenyə resepti
Şirniyyat və Tortlar
10.09.2017 56
Tərkibi:

1 su stəkanı damla şokolad

2 su stəkanından 1 barmaq əskik un

1 çay qaşığı qabartma tozu

Bir tutam duz

125 qram otaq istiliyində kərə yağı və ya marqarin

2/3 su stəkanı şəkər tozu

1 paket vanil, 1 ədəd yumurta

Yarım su stəkanı döyülmüş qoz-fındıq



Hazırlanması:

Əvvəlcə dərin bir qabda un, qabartma tozu və duzu qarışdırın.

Ayrı bir qabda kərə yağı, şəkər tozu və vanil krem konsistensiyasına gələnə qədər mikserlə çırpın.

Yumurtanı əlavə edib, çırpmağa davam edin. Yavaşca unlu qarışığa əlavə edib yaxşıca yoğurun.

Şokolad və fındığı qatıb belə bir qarışdırdıqdan sonra xəmirdən kiçik qoz böyüklüyündə parçalar qoparın.

Ovucunuzun içində yuvarlayıb, əlinizlə yüngülcə basdırın. Yağlı kağız sərilmiş soba nimçəsinə fasilələrlə düzün.

Əvvəldən isidilmiş 190 dərəcə sobada üzəri yüngül qırmızılaşana qədər bişirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!