Ləpəli dondurma resepti

Ləpəli dondurma resepti
Şirniyyat və Tortlar
10.09.2017 11
Tərkibi:

200 qram ləpələrin qarışığı (badam, fındıq, püstə, qoz ləpəsi)

100 qram şəkərlənmiş meyvələr ( albalı, portağal, ananas)

100 qram acı şokolad (59%)

500 ml qaymaq (35%)

4 ədəd yumurtanın sarısı

90-100 qram şəkər tozu

bir çimdik vanilin



Hazırlanması:

Badam, fındıq, püstə, qoz ləpələrini xırdalayıb, tavada 5 dəqiqə
ərzində qarışdıraraq, qovurun. Şokoladı iri-iri, şəkərlənmiş meyvələri
isə xırda kubik formasında doğrayın.



Yumurta sarısını şəkər tozu ilə çalıb, üzərinə bir çimdik vanilin əlavə
edərək, qarışdırın. Sonra vam odda 4-5 dəqiqə ərzində şəkər tozu tam
əriyənə qədər bişirin. Sonra bişmiş kremin üzərinə doğranılmış şokolad,
badam, fındıq, püstə, qoz ləpələrini və şəkərlənmiş meyvələri töküb,
qarışdırın.



Soyudulmuş qaymağı yaxşıca çalıb, kremin üzərinə əlavə edərək, qarışdırın. 



Keks bişirmək üçün xüsusi forma qabına yeyinti məhsullar üçün salofan
paketi sərib, üzərindən kremi tökərək, bərabər şəkildə yayın. Sonra
desertin üzərindən salofan paketi örtüb, 12 saat ərzində dondurucu
kamerada saxlayın.



Dondurulmuş deserti soyuducudan çıxarıb, 20 dəqiqə ərzində kənara qoyun.



Sonra deserti səliqəli çevirib, forma qabından və salofan paketindən çıxararaq, 5-10 dəqiqə ərzində kənara çəkib, saxlayın. 



İstəsəniz desertin üzərindən bal və ya mürəbbə şirəsi tökün.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!