Dilimli alma piroqu resepti - FOTO RESEPT

Dilimli alma piroqu resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 24
Tərkibi (8 pay): 

xəmir: 


150 ml süd

1,5 ç.q. quru maya

1 yumurta

1 x.q. xama

1,5 x.q. şəkər tozu

0,5 ç.q. duz

50 q kərə yağı

370 q un

 

iç: 

3 orta boy alma

40 q qəhvəyi şəkər tozu

0,5 ç.q. darçın

bitki yağı (formanı yağlamaq üçün)

  

Hazırlanması: 

İsti süddə mayanı əridin. Şəkər tozu, duz, xama,
yumurta və əridilmiş kərə yağını əlavə edin, yaxşıca qarışdırıb ələnmiş
un qatın, xəmir yoğurub üzərinə dəsmal çəkin, isti yerdə 25-30 dəqiqə
saxlayın. 



Qəhvəyi şəkər tozunu darçınla qarışdırın. Almaları
yuyun, cecəyini çıxarıb dilimləyin. Hər dilimi darçınla şəkər qarışığına
batırın. 



25-30 dəqiqə sonra xəmirin həcmi artmalıdır. Gəlmiş
xəmiri təxminən 0,7 sm qalınlıqda yayın. Dairələr kəsin. Hər birinin
üzərinə bir dilim qoyun. Xəmirin kənarlarını qaldırıb bitişdirin. Bitki
yağı çəkilib perqament döşənmiş formaya (d=26 sm) dairə boyu yanaşı
düzün.  Orta hissədəki dairəyə almanın yarısını qoyub bükün.  Şəkər
tozuyla darçın qarışığının qalanını üzərinə səpin. 



15 dəqiqə isti yerdə saxlayın. Dilimlər şişəndən sonra
əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri
qızarıncayadək bişirin. 



Hazır piroqun üzərinə şəkər pudrası səpə bilərsiniz. Bu piroqu doğramaq lazım gəlmir, dilimlər rahatca bir-birindən ayrılır. 



 

 

 

 

 

 

 


Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!