Alma halqaları resepti - FOTO RESEPT

Alma halqaları resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 8
Tərkibi:

4 ədəd
böyük alma

Qızartmaq
üçün yağ


 

Xəmir
üçün:


1 st un

1 ədəd
böyük yumurta

¾ st süd

0,5 st şəkər

2 x/q
qarğıdalı nişastası

1 ç/q
darçın

0,5 ç/q
muskat qozu

0,5 ç/q
qabartma tozu

0,5 ç/q
duz


 

Üzəri
üçün:


2 x/q şəkər

2 fincan
xırdalanmış suxarı

0,5 ç/q
darçın


 

Hazırlanması:

Quru bir
qabın içində xırdalanmış suxarı, darçın və şəkəri qarışdırırıq.

Başqa bir
kasanın içində yumurta, şəkər və südü çalırıq. Yavaş yavaş darçın, qabartma
tozu, duz, muskat qozu və nişasta ilə qarışdırılmış unu əlavə edirik. Un
topaları qalmaması üçün yaxşıca qarışdırırıq.

Almanın
qabığını soyub ortasını çıxarırıq və alın halqalar şəklində doğrayırıq.

Dərin
tavanın içində yağı qızdırırıq. Halqa şəklində doğranmış almanı xəmirə , sonra
isə hazırladığımız suxariyə batırıb qızdırılmış yağın içinə qoyruq.  Hər iki tərəfini qızardıb artıq yağını çəkməsi
üçün salfetin üzərinə düzürük. Yağını çəkmiş hazır almalarımızın üzərinə şəkər
pudrası səpirik.





















Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!