Almalı şarlotka resepti - FOTO RESEPT

Almalı şarlotka resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 4
Tərkibi:

2-5 ədəd
alma

250 qr un

4 ədəd
böyük yumurta

250 qr şəkər

½ ç/q
darçın

½ ç/q duz

½ ç/q
vanil ekstraktı

1 x/q
nişasta

Şəkər
pudrası (üzərinə səpmək üçün)


 

Hazırlanması:

Quru ərzaqları
– un, duz, darçın və nişastanı ayrıca qarışdırırıq.

Yumurta və
şəkəri  çalırıq. Çox çalmağa ehtiyac
yoxdur. Çalınmış yumurtanın üzərinə qarışdırdığımız quru ərzaqları əlavə
edirik.

Almaları
( zövqə görə armud, gavalı, ərik, şaftalı və başqa meyvələr ola bilər) dilimlər
şəklində doğrayıb yağlanmış soba nimşəsinin dibinə düzürük. Üzərinə duru xəmiri
əlavə edirik.  Xəmir meyvələrin üzərini
tam şəkildə örtməlidir.  180C dərəcə
qızdırılmış sobada 40 dəqiqə bişiririk. Hər zamanki kimi hazır olub olmadığını
kibrit dənəsi ilə yoxlayırıq. Sobadan çıxardıqdan sonra bir az soyumasını gözləyirik
və formadan çıxarırıq. Üzərinə şəkər pudrası səpirik.

Darçın
sevənlər şəkər pudrasının içinə darçın da qata bilərlər.























Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!