Albalılı keks resepti

Albalılı keks resepti
Şirniyyat və Tortlar
10.09.2017 36
Tərkibi:

- 3 ədəd yumurta

- 1.5 stəkan şəkər tozu

- 1 paket vanil

- 1 paket qabartma tozu

- 1 stəkan bitki yağı ( duru yağ)

- 1 stəkan qatıq

- 1 çay qaşığı darçın

- 3 stəkan un

- 1 xörək qaşığı marqarin

- 1 neçə damcı limon suyu



Hazırlanması:

Yumurta
və şəkər bir qabda yaxşıca mikserlə qarışdırılır. Ayri bir qabda un,
vanil, qabartma tozu və darçın ələnir. Yumurta və şəkər qarışımına qatıq
və duru yağı əlavə edib yaxşıca qarışdırılır. Ən sonda unlu qarışığı bu
qarışıma əlavə edib, mikserin xəmir qarışdıran aləti ilə ( buruq
 makarona bənzəyir həmin başlıqlar) qarışdırmağa davam edilir. Və keksin
daha da yaxşı şişməsi üçün 1 neçə damcı LİMON SUYUu da xəmirə əlavə
edilir ( xəmirlərinizin yaxşı qabarması üçün bir neçə damcı limon suyu
yetər). Sonra 10 ədəd vişnənin tumu çıxarılır əlavə edilir xəmirə və
yenidən mikserlə qarışdırılır. Qabı da əvvəlcədən 180 dərəcəli sobada
isitmək lazımdır, sonra çıxarıb içəri marqarinlənir və unlanır ki,
yapışmasın. Qaba bir az xəmirdən əlavə edilır və qaşıqla hamarlanır. 7-8
ədəd tumu çıxmış vişnə səpilir və yenidən azca xəmir əlavə edilib
qaşıqla hamarlanır. Üzərinə də yenidən vişnələr yığılır. Çalışmaq
lazımdır ki, qaba xəmir az əlavə edilsin. Bu zaman xəmirin qabda
daşmamasının və keksin yaxşı bişməsini təmin etmiş olarsınız. Öncə 180
dərəcədə bişirilir. Sonra sobanın dərəcəsini azaltmaq lazımıdr ki, içi
yaxşı bişsin. Üstü yaxşı bişsin deyə keksi sobanın üst gözünə qoymaq
lazımdır. Üst yaxşı bişəndən sonra yenidən aşağı gözə qoyulur və aşağı
dərəcədə bişirilir. Bu arada da bir kibrit və ya çöp vasitəsilə keksin
içinin tam bişdiyini yoxlamaq gərəkdir. Əgər çöpdə yaşlıq olarsa bir az
daha bişirilir. Bişməsinə əmin olandan  sonra qab sobadan çıxardılır.
Əgər keksi qəlibdən çıxardanda çətinliklə rastlaşılırsa və formanın
dağılmaması üçün qabı bir az SOYUQ SUDA saxlamaq lazımdır. Bu zaman
keks qabdan rahat çıxacaq. Bunu bütün şiriniyyatlar və evdə bişən
çörəklərə uyğulaya bilərsiniz. Keksi qəlibdən çıxardıqdan sonra zövqə
görə dizayn edib servis edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!