Süd dilimləri resepti - FOTO RESEPT

Süd dilimləri resepti - FOTO RESEPT
Şirniyyat və Tortlar
10.09.2017 17
Tərkibi (6 pay): 

xəmir: 


4 yumurta

100 ml bitki yağı

80 q şəkər tozu

80 q un

20 ml süd

2 x.q. kakao tozu

1 ç.q. qabartma tozu

 

sufle:

200 ml qatılaşdırılmış süd

200 ml 20%-li xama

100 ml süd

50 q şəkər tozu

20 q jelatin - 20 q

1 paket vanilli şəkər tozu

 

qlazur:

şokolad

 

Hazırlanması

Unu ələyib kakao və qabartma tozu ilə qarışdırın. Yumurta sarılarını ağlarından ayırın. Yumurta ağlarını mikserlə möhkəm çalın. 



Yumurta sarılarını şəkər tozu ilə çalın, sonra süd və
bitki yağını əlavə edin. Eynicinsli kütlə alınanadək çalın. Bunu un
qarışığına əlavə edin.  Qaşıqla eynicinsli kütlə alınanadək qarışdırın.
Sonra çalınmış yumurta ağlarını əlavə edin. Səliqəylə qarışdırın. Xəmir
duru alınacaq. 



Formanı kərə yağı ilə yağlayın. Xəmiri içinə töküb
əvvəlcədən 180-200 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin
(bişib-bişmədiyini kibrit çöpüylə yoxlayın). 

Sufle: Jelatinin üzərinə soyuq süd töküb şişməsi üçün
10-15 dəqiqə saxlayın. Şişdikdən sonra ocağın üstünə qoyub tam
əriyənədək qızdırın, amma qaynatmayın. Blenderdə qatılaşdırılmış süd,
vanilli və adi şəkər tozu, xama və ərimiş jelatini eynicinsli kütlə
alınanadək çalın.  



Bişmiş korju soyudub ortadan iki yerə bölün. 

Süd dilimlərini elə korjların bişdiyi formada
hazırlayın. Dibinə korjun birini qoyun, sufleni üzərinə yayın, digər
korju qoyub azca basın. Üzərinə qida plyonkası çəkib bir gecə soyuducuda
saxlayın. 



Donduqdan sonra bıçaqla formanın kənarlarından ayırın, sonra qaba tərs çevirin, iti bıçaqla dilimlərə doğrayın.



Qlazur: şokoladı su hamamında əridin, dilimlərin üzərinə çəkin, qurumasını gözləyin. 























Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!